...

Helsinkidə ATƏT-in ümumi deklarasiyasının qəbulu şansı yoxdur

Siyasət Materials 5 Dekabr 2008 16:12 (UTC +04:00)

Finlandiya, Helsinki, 05 dekabr/ Tren , müxbir İ.Qusatinskaya/ Helsinkidə ATƏT-in ümumi deklarasiyasının qəbul edilməsi şansı yoxdur.

Finlandiya informasiya agentliyindən alınan məlumata görə, qurumun üzvü olan bütün ölkələrin bir araya gəlməyi nəticə verməyib. Yoxlanmamış mənbəyə görə, bəyannamə mətnində problem yaradan məqam Gürcüstanın özünü müstəqil elan etmiş ərazilərində rus qüvvələrinin mövcudluğu məsələsi ilə bağlıdır. Rusiyanın artıq bir ilidr ki, əməl etmədiyi Avropada adi silahlı qüvvələr haqqında Sazişin mətni barədə də razılığa gəlmək mümkün olmayıb.

ATƏT-in XİN rəhbərlərinin illik iclasında Avropa ərazisində mövcud münaqişələrlə bağlı Bəyannamənin qəbulu planlaşdırılırdı. Sonuncu dəfə ümumi bəyannamə altı il əvvəl qəbul olunub.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti