...

Azərbaycandakı N saylı hərbi hissədə baş vermiş yanğınla bağlı cinayət işi açılıb

Siyasət Materials 6 Dekabr 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycandakı N saylı hərbi hissədə baş vermiş yanğınla bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Şənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend - a verilən məlumata görə, Ağcabədidə yerləşən hərbi hissəsində dekabrın 4 - dən 5 - nə keçən gecə yanğın baş verib.

Əsgər kazarmasında başlayan yanğın nəticəsində Gəncənin Nizami rayon hərbi komissarlığından bu ilin yanvarında hərbi xidmətə çağrılmış Abdullayev Samir Rafiq oğlu həlak olub.

Yanğında 4 əsgər xəsarət alıb. Onlardan biri hərbi hissənin tibb məntəqəsinə, üçü isə Beyləqandakı hospitala yeləşdirilib.

Nazirliyin mətbuat xidməti yanğının səbəbinin hələlik bəlli olmadığını bildirib.

Respublika Hərbi Prokurorluğundan Trend -a bildirilib ki, Qarabağ hərbi prokurorluğunda Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma (342.2) maddəsi ilə cinayət işi açılıb.

Trend - a daxil olan məlumata görə, yanğına əsgərlərdən birinin yanacaq sobasına yanacaq tökərkən yıxılması və yanacağın sobanın üstünə və ətrafa dağılması səbəb olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti