...

Taliban qruplaşmalarının toqquşması nəticəsində 13 nəfər ölən və yaralanan var

Siyasət Materials 13 Dekabr 2008 12:38 (UTC +04:00)

Əfqanıstan, Kabil, 13 dekabr / Trend , müxbir A.Hakimi/ Cümə günü Əfqanıstanın Baqdisv əyalətində silahlı qruplaşmalar arasında baş vermiş toqquşma zamanı 13 nəfər ölən və yaralanan olduğu bildirilir.

"Talibanın iki qruplaşması arasında  baş vermiş toqquşma nəticəsində beş nəfər öldürülüb, səkkiz nəfər yaralanıb", - dairənin polis rəhbəri, general Məhəmməd Ayub bildirib.

Onun sözlərinə görə, mübahisə Qurban üçün ətə görə başlayıb. Toqquşma təhlükəsizlik qüvvələri regiona gəldikdən sonra başa çatıb. Polis əməkdaşları gələn zaman silahlılar hadisə yerindən qaçıblar.

Taliban  nümayəndəsi Qulam Dastgir toqquşma faktını təkzib edib və bildirib ki, qruplaşmalar arasında yalnız mübahisə olub, silah işlədilməyib.

Bu cür mübahisələr ilk dəfə deyil ki, baş verir. Belə mübahisələr nəticəsində Taliban üzvləri arasında həlak olan və yaralananlar olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti