...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə Moskva və Helsinki Bəyannamələrini alqışlayır - ali nümayəndə Havyer Solana ilə müsahibə

Siyasət Materials 25 Dekabr 2008 11:02 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə Moskva və Helsinki Bəyannamələrini alqışlayır - ali nümayəndə Havyer Solana ilə müsahibə

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir Y.Ostapenko/ Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana ilə Trend -un elektron poçt vasitəsilə müsahibəsi

- Rusiya ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişin əsasını nə təşkil edəcək?

Aİ - də Rusiya ilə bağlı daha çox narahatlıq yaradan nədir?

- Aİ ilə Rusiya arasında anlaşma var və qarşılıqlı maraqlar ondan ibarətdir ki, bizim münasibətlərimiz yeni, hüquqi cəhətdən mütləq və hərtərəfli razılaşmaya əsaslanmalıdır.

Tərəfdaşlıq və əməkdaşlıq haqqında mövcud razılaşma hələ 1997- ci ildə imzalanıb və münasibətlərimizin bütün spektrlərini əks etdirmir. Yeni saziş üzrə danışıqlar payız fasiləsindən sonra bərpa olunub. Biz yeni sazişin aramızdakı siyasi dialoqu, xarici təhlükəsizliyi, azadlığı, stabillik və ədaləti, iqtisadi, ticarət və enerji məsələlərini, eləcə də elmi araşdırmaları, təhsil və mədəniyyəti əks etdirəcəyini gözləyirik.

Hazırda bizi narahat edən məsələlərdən biri Gürcüstanda davam edən gərginlikdir. Aİ-nin vasitəçiliyi və orada onların müşahidəçi missiyasının 200-dən çox nümayəndəsinin olmasına baxmayaraq, Cənubi Osetiya və Abxaziya ətrafında və daxilində vəziyyət qeyri - stabil olaraq qalmaqdadır. Biz gələn il danışıqlar bərpa olunandan sonra Cenevrədə irəliləyişin əldə olunacağına ümid edirik. Bu il Gürcüstanda baş verənlər maraqlı tərəfləri digər "dondurulmuş münaqişələr"in sülh və sabit həlli yollarının axtarışı üzrə səylərini ikiqat artırmalı olduqlarına əmin etməlidir.

- Azərbaycan və Ermənistan nümayəndələrinin bu yaxınlarda verdiyi bəyanatları nəzərə alaraq, hər iki tərəf "münaqişənin həlli məqamına heç vaxt olmadığı qədər yaxındır". Siz bu nikbin baxışlarda bizimlə həmfikirsinizmi?

- Avqustda Gürcüstanda baş verən münaqişədən sonra aydın oldu ki, münaqişələrin hərbi yolla həlli qəbuledilməzdir. Biz bütün tərəflərin münaqişənin sülh yolu ilə həlli yolarının axtarılması istiqamətində səylərini özündə birləşdirən iki noyabr tarixli Moskva Bəyannaməsini və dörd dekabr tarixli Helsinki Bəyannaməsini alqışlayırıq. Biz Minsk Qrupunun fəaliyyətini tamamilə dəstəkləyirik və bacardığımız qədər, məsələn, insanlarla əlaqə və etibarın möhkəmləndirilməsi üzrə tədbirlərlə yardım göstərməyə hazırıq.

- ATƏT də daxil olmaqla, beynəlxalq təşkilatlar ölkələri regionda əməkdaşlığa çağırır və bunun münaqişələrin həllinə yardım göstərəcəyini qeyd edirlər. Ərazi iddialarına görə, Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə və Ermənistan arasında hər hansı əlaqənin mövcud olmamasını nəzərə alaraq, regionda əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?

- Gürcüstanda baş verən münaqişə regionun zəif, münaqişələrin ağır və onlarla bağlı risklərin yüksək olduğunu nümayiş etdirdi. Buna görə də, nə vaxtsa stabillik, çiçəklənmə və regionda tərəqqi üçün regional əməkdaşlıq və konstruktiv dialoq mühümdür. Biz bu kontekstdə ikitərəfli münasibətlərin normallaşdırılmasında əsas kimi, Ermənistanla Türkiyə arasında bu yaxınlarda baş verən yaxınlaşma əlamətlərini alqışlayırıq. Biz hər iki tərəfi qətiyyətlə bu istiqamətdə fəaliyyət göstərməyə və konstruktiv dialoqu davam etdirməyə çağırırıq.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına da yardım göstərəcək.

Bu günkü stimul itirilməməlidir. Biz regionda ölkələr arasında əlaqələrin gücləndirilməsinə aparan dini əməkdaşlıq və konstruktiv dialoqun hər bir formasını dəstəkləyirik. Biz regionda ölkələr arasında əlaqələrin gücləndirilməsinə aparan dini əməkdaşlıq və konstruktiv dialoqun hər bir formasını hamı üçün çiçəklənmə, stabilliyin yaradılmasında ən yaxşı üsul kimi dəstəkləyirik.

Gəlin unutmayaq ki, Avropa İttifaqı öz-özlüyündə regional əməkdaşlıq və münaqişələrin həlli üçün ən yaxşı nümunədir.

- MAQATE - nin Baş katibi Məhəmməd əl - Bəradei Almaniyanın Day Welt qəzetinə müsahibəsində bildirib ki, İran nüvə silahının istehsalı üzrə texnologiyalar əldə etmək niyyətindədir. Siz də İranın bu texnologiyaları nüvə silahının istehsalı üçün əldə etmək niyyətində olduğunu hesab edirsinizmi? Avropa İttifaqı gələcəkdə İrana qarşı siyasətini dəyişə bilərmi?

- MAQATE -nin son məruzəsində bu faktların hələ də narahatlıq yaratdığı qeyd olunub. Təəssüf ki, İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmadı və indiyədək BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnamələrini yerinə yetirməyib. Bundan əlavə, İran bu günədək hərbi mahiyyət daşıya biləcək məsələlərin dəqiqləşdirilməsi üçün bütün lazımi informasiyaları açıqlamayıb. Buna görə, Aİ İrana qarşı ikili yanaşmanı davam etdirir: bir tərəfdən, BMT Təhlükəsizlik Şurasının qadağaları çərçivəsində təzyiqi artırır və digər tərəfdən, danışıqlara açıq olduğunu nümayiş etdirir. İran lazımi şərait yaradan kimi danışıqlara başlamaq olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti