...

Litvanın xarici işlər naziri Tbilisiyə gəlir

Siyasət Materials 25 Dekabr 2008 18:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Litvanın xarici işlər naziri Viqaudas Uşatskas (Vygaudas Usackas) dekabrın 27-də Gürcüstana rəsmi səfərə gələcək.

Litvalı diplomat səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, Parlamentin sədri David Bakradze, Baş nazir Qriqol Mqaloblişvili, müdafiə naziri Vasili Sixarulidze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Qeorqi Baramidze ilə görüşlər keçirəcək.

Uşatskasın Gürcüstana səfəri dekabrın 29- da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti