...

İran yəhudiləri Qəzzə əhalisini dəstəkləyirlər - Tehran yəhudi təşkilatının sədri

Siyasət Materials 30 Dekabr 2008 15:00 (UTC +04:00)

İranlı yəhudilər İsrailin Qəzzə əleyhinə keçirdiyi  hərbi  əməliyyatları pisləyiblər.Tehran şəhər yəhudi təşkilatının sədri Rəhmətullah Rəfii bildirib ki,  İran yəhudiləri İsrailin Qəzzə əhalisinə hücumunu məhkum edir. Bu barədə İran televiziyası məlumat yayıb.

İran yəhudiləri bu gün BMT-nin Tehrandakı ofisi qarşısında İsrailin Qəzzəyə hücumuna etiraz olaraq nümayiş keçiriblər.

Rəfii bildirib ki, heç bir din günahsız insanların öldürülməsini qəbul etmir.

"Zor tətbiq etməklə heç kəs öz məqsədinə çata bilməz , biz BMT-dən  bu faciəyə son qoymaq üçün  məsələyə müdaxilə etməsini tələb edirik",- deyə  Rəfii bildirib.

Rəfii əlavə edib ki, İran yəhudiləri Qəzzə əhalisi və Fələstin xalqı ilə  həmrəydirlər.

Xəbər lenti

Xəbər lenti