...

Avropa Şurasının rəhbəri Qəzzə Zolağında münaqişənin tənzimlənməsi üçün siyasi prosesin bərpa olunmasını dəstəkləyir

Siyasət Materials 6 Yanvar 2009 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Avropa Şurasının rəhbəri BMT - nin Baş katibi Pan Gi Munun Yaxın Şərq münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün hərbi əməliyyatların dayandırılması və siyasi prosesin bərpasına dair səylərini dəstəkləyir, - təşkilatın press-relizində deyilir.

"Mən Yaxın Şərqdə bərpa olunmuş hərbi əməliyyatların arasında qalmış mülki əhalinin taleyinə görə narahatlığın olmamasından sarsılmışam", - Avropa Şurasının Baş katibi Terri Devis deyib.

"Mən Həmas - ın atəşkəs rejiminə son qoymaq qərarını pisləyirəm. Məhz bu qərar zorakılığın başlamasına gətirib", - o bildirib.

Atəşkəs rejiminin müddəti dekabrın 19 - da başa çatıb, dekabrın 27 - də Həmas yaraqlılarının Qəzzə Zolağındakı mövqelərinə İsrailin hava hücumları başlayıb.

Devis hesab edir ki, İsraildəki hədəflərə raket zərbələrinin endirilməsinə görə məsuliyyət daşıyan fələstinli yaraqlılardan Təl - Əvivin müdafiə olunmaq hüququ var. Lakin o bunu beynəlxalq humanitar və hüquq - müdafiə standartlarına müvafiq şəkildə etməlidir.

"Buna görə də İsrail tərəfdən hədsiz güc tətbiq edilməsini və humanitar yardımın çatdırılmasına maneələrin yaradılmasını pisləyirəm", - Devis deyib.

İsrailin Hərbi - Hava Qüvvələri dekabrın 27 - də gündüz Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 19 - da Həmas və İsrail arasında barışığın müddəti başa çatdıqdan sonra, Həmas dörd fələstinlinin öldürülməsinə cavab olaraq, İsrailin Aşkelon və Sderot yaşayış məntəqələrini atəşə tutub.

BBC-nin məlumatlarına görə,  İsrailin dekabrın 27- dən apardığı hərbi əməliyyatları nəticəsində 550 nəfər həlak olub, 2500 nəfər yaralanıb.

İsrailin Qəzzə Zolağını bombardman etməsinə cavab olaraq, Həmas Sderot və Aşkelon yəhudi şəhərlərinə təxminən 60 raket zərbəsi endirib. İsrail hökuməti bu şəhərlərdə fövqəladə vəziyyət elan edib.

Yanvarın 3 - dən İsrail ordusu Qəzzə Zolağında yerüstü əməliyyatlara başlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti