...

İslam ölkələri Qəzzə hadisələri ilə bağlı bəyanat verəcək – İKT PA - nın sədri

Siyasət Materials 7 Yanvar 2009 17:23 (UTC +04:00)
İslam ölkələri Qəzzə hadisələri ilə bağlı bəyanat verəcək – İKT PA - nın sədri

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir B.Həsənov/ İslam Konfransı Təşkilatı Parlament Assambleyasının (İKT PA) sədri Erol Mahmud Kılıç Parlament Assambleyasının yanvarın 14-də İstanbulda keçiriləcək təcili iclasında Qəzzə hadisələri ilə bağlı bəyanat veriləcəyini bildirib.

"İclasda iştirak edəcək hər ölkənin nümayəndə heyəti müzakirə zamanı fikirlərini bildirəcək və toplantının sonunda bəyanat qəbul olunacaq", -  deyə Kılıç çərşənbə günü Trend -a Tehrandan telefonla bildirib.

Trend - un arayışı: Dekabrın 27 - də  günorta saatlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə Zolağını raket atəşinə tutublar. Dekarbın  19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sderot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinə tutub.

BBC-nin Fələstin səhiyyə xidmətinə istinadən verdiyi məlumata görə, Israilin dekabrın 27- də  keçirdiyi  hərbi əmaliyyatlar zamanı 660 nəfər həlak olub, 3000 nəfər isə yaralanıb.

Həmas İsrailin Qəzzə zolağının bombalanmasına cavab olaraq, Sderot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərbəsi endirib.  İsrail hökuməti  Aşkelon və Sderotda fövqaladə vəziyyət elan edib. Yanvarın 3 -dən İsrail ordusu Qəzzə Zolağında  yerüstü əməliyyatlara  başlayıb.

İstanbulda keçiriləcək müzakirələrə mətbuat nümayəndələrinin buraxılmayacağını deyən Kılıç  onu da əlavə edib ki,  qəbul  ediləcək bəyanat müsəlman ölkələrini Qəzzə hadisələri ilə bağlı konkret addımlar atmağa sövq edəcək ilk addımlardan biri olacaq.

İKT PA-nın sədri toplantıya Azərbaycanın nümayəndə heyətinin də dəvət edildiyini bildirb. Iclasda iştirak edəcək bir çox ölkələrin palament sədri səviyyəsində təmsil olunacaqlarını bildirən Kılıç, Azərbaycan parlamenti sədrinin iclasda şəxsən iştirak edib-etməyəcəyinin hələlik dəqiq olmadığını deyib.

İKT PA İcraiyyə Komitəsinin Qəzzə hadisələri ilə bağlı təcili iclasının keçirilməsinə yanvarın 4-də Türkiyə parlamentinin sədri Köksal Toptanın təşəbbüsü ilə qərar verilib.

İKT PA - ya 50 ölkə üzvdür. Bu qurumun  İcraiyyə Komitəsinə 10 ölkə -- Azərbaycan, Türkiyə, İran, İndoneziya, Misir, Mali, Nigeriya, Əlcəzair, Səudiyyə Ərəbistanı, Çad və Benin - daxildir.

Xəbər lenti

Xəbər lenti