Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycan polisi cümə axşamı Salyan (paytaxt Bakıdan 120 kilometr cənubda) və Yevlax rayonlarında (Bakıdan 300 kilometr qərbdə) silah-sursat aşkarlayıb, cümə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, Salyan rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd nömrəsiz "AK" silahı, 1 ədəd fişəngatan tapança, 138 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı aşkarlanıb.
Həmin gün Yevlax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKS" silahı, 2 ədəd qumbara, 3 ədəd süngü-bıçaq, 201 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb.
Hər iki faktla bağlı araşdırma aparılır və silah-sursatın kimə məxsus olduğu müəyyənləşdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]