...

Gürcüstan müxalifəti vahid etiraz aksiyasının xeyrinə ayrı-ayrı aksiyalardan imtina etməyə hazırdır

Siyasət Materials 14 Yanvar 2009 14:48 (UTC +04:00)

Gürcüstan,Tbilisi, 14 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın birləşmiş müxalifəti digər müxalifət partiyalar vahid aksiyaya dair məsləhətləşmələri davam etdirərlərsə, ayrı-ayrı xəbərdarlıq aksiyalarının keçirilməsindən (yanvarın 25-nə təyin olunub) imtina etməyə hazırdır.  

"Biz hesab edirik ki, etiraz aksiyalarının uğurla bitməsinin yeganə yolu müxalifət partiyalarının ümumi məqsədlərə çatmaq uğrunda mübarizədə birləşməsidir", - birliyin bəyanatında deyilir. "Bu səbəbdən biz nəzərdə tutulan xəbərdarlıq aksiyalarını təxirə salırıq və müxalifət partiyalarını qısa zamanda birliyin bərpası və vahid etiraz aksiyasını başlamağa dair məsləhətləşmələri bitirməyə çağırırıq", - bəyanatda deyilir.

Həmçinin qeyd edilib ki, faciəli avqust hadisələrindən sonra ölkənin bütün müxalifət qüvvələri növbədənkənar prezident və parlament seçkiləri məsələsini gündəliyə çıxardıblar. " Hakimiyyətin adekvat olmayan siyasəti və bəyanatları göstərir ki, Saakaşvilinin rəhbərliyi şəraitində Gürcüstanda ədalətli seçkilərin keçirilməsi real deyil. Bu səbəbdən yeganə çıxış yolu etiraz aksiyaları vasitəsi ilə prezidenti istefaya məcbur etmək, sonra isə azad seçkilərin təyin edilməsinə nail olmaqdır", - birləşmiş müxalifətdə belə hesab edirlər.

Bu bəyanatı Mühafizəkarlar Partiyasının lideri Zviad Dzidziquri, Vahid Gürcüstan Uğrunda Partiyasının baş katibi Yekaterina Beseliya, Xalq Partiyasının sədri Koba Davitaşvili və Levan Qaçeçiladze imzalayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti