...

Bakıda işlədiyi mağazanın qızıllarını mənimsəyən şəxs ölkədən çıxarkən yaxalanıb

Siyasət Materials 16 Yanvar 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S. Kazımlı / Bakıda başqasının əşyalarını mənimsəməkdə təqsirli bilinən Lənkəran sakini ölkəni tərk etmək istəyərkən tutulub. Saxlanılan şəxs paytaxtdakı ticarət mərkəzlərin birində, işlədiyi mağazanın sahibinin qızılların mənimsəməkdə təqsirləndirilir. Bu barədə cümə günü Trend -a Əzizbəyov rayon Polis İdarəsi 2-ci polis bölməsindən məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, yanvarın 12-də "Sədərək" ticarət mərkəzindəki qızıl satışı mağazasında satıcı işləyən 24 yaşlı Lənkəran sakini Vidadi Əliyev mağazanın sahibi, Bakı sakini Nizami Nurullayevə məxsus qızıl-zinət əşyalarını götürərək mənimsəyib. Yanvarın 14-də hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, Əliyev Yalama sərhəd - keçid məntəqəsində yaxalanıb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti