...

İranının Fars əyalətində ağır yol qəzası baş verib

Siyasət Materials 23 Yanvar 2009 16:01 (UTC +04:00)

İranın Fars əyalətinin Səadətşəhr şəhərində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə İran televiziyası məlumat verib.

"Səhər saat  8 radələrində  Tehran - Şiraz magistral yolunun 35-ci kilometrliyində yerləşən Səadətşəhr  şəhərinin yaxınlığında avtobus aşıb. Hadisə nəticəsində 4 nəfər ölub 30 nəfər isə yaralanıb", - deyə Fars əyalətinin Təcili Tibbi Yardım mərkəzinin sədri Muradi bildirib.

Qəzaya ilkin səbəb kimi, sürücünün ehtiyatsızlığı göstərilir. Yaralanlar Mərvdəşt şəhər  xəstəxanasına çatdırılıb. Yaralananlardan üçünün vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti