...

Gürcüstanda növbədənkənar seçkilər olmayacaq - prezident

Siyasət Materials 23 Yanvar 2009 16:53 (UTC +04:00)
Gürcüstanda növbədənkənar seçkilər olmayacaq - prezident

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstan üçün başlıca vəzifə növbədənkənar seçkilərin keçirilməsi yox, ölkə və insanların xilas edilməsidir, - prezident Mixail Saakaşvili cümə günü Gürcüstanın İctimai televiziyasının birbaşa efirində bəyan edib.

"Hələ ötən il xəbərdar edirdim ki, 2008-ci ilin yazında Gürcüstana qarşı təxribat hazırlanır. Lakin bizə qulaq asmadılar və biz seçkilər keçirməyə məcbur olduq, seçkilərə görə ölkə iki milyard dollar sərmayədən məhrum oldu. Lakin o zaman Patakatsişvilinin rəhbərliyi altında aksiyalar təşkil edildi və nəticədə biz yayda baş verən hadisələrin qarşısını aldıq", - dövlət başçısı deyib.

Prezident vurğulayıb ki, ölkə ictimaiyyəti və biznes daimi iflas gözləməkdədirlər və gözləyirlər. "Mən 2007-ci ilin payızında istefaya getməməliydim. Belə ki, bəziləri hakimiyyəti ala biləcəklərini və səy göstərsələr sabitliyi poza biləcəklərini düşünmək imkanı qazandılar. İndi hamı vəziyyəti yırğalayaraq ya payızı, ya da yazı gözləyir", - Saakaşvili bildirib.

Prezident qeyd edib ki, heç bir növbədənkənar seçkilər olmayacaq və hər kəs "dövlətə hörmət etməlidir". "ABŞ-da Buş bu gün Gürcüstan hakimiyyətindən dörd dəfə az populyar olsa da, ABŞ prezidentini devirməyi tələb etmək heç bir amerikalının ağlına gəlmədi. Təəssüf ki. bizdə belə mövqe yoxdur", - dövlət başçısı əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti