...

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb - xəsarət alan var (ƏLAVƏ OLUNUB 3 - xəsarət alan şəxs haqda informasiya)

Siyasət Materials 26 Yanvar 2009 13:01 (UTC +04:00)
Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb - xəsarət alan var (ƏLAVƏ OLUNUB 3 - xəsarət alan şəxs haqda informasiya)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir S.Kazımlı/ Bazar ertəsi Bakının mərkəzində yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində xəsarət alan Fəzli Heydərovun vəziyyəti normaldır. Bu barədə Trend -a onun çatdırıldığı paytaxtın Kliniki Təcili Yardım Mərkəzindən bildiriblər.

Yanğın Şəmsi Bədəlbəyli küçəsi, 106 ünvanında yerləşən dörd mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verib. Trend -un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, yanğın  söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti