...

Gürcüstan AŞ PA - nın Qətnaməsindən razıdır – vitse - spiker

Siyasət Materials 30 Yanvar 2009 09:03 (UTC +04:00)
Gürcüstan AŞ PA - nın Qətnaməsindən razıdır  –  vitse - spiker

Fransa, Strasburq, 29 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani Monitorinq Komitəsi tərəfindən Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) təqdim olunan Gürcüstana dair qətnaməni müsbət qiymətləndirib.

"Qətnamə bütövlüklə Rusiya tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən bəhs edir", - deyə Trend -a müsahibəsində Gürcüstanın hakim partiyasının sədri Maçavariani bildirib.

Dünən AŞ PA tərəfindən qəbul olunan qətnamədə Assambleyanın təşkilat tərəfindən ötən ilin oktyabrında qəbul olunan qətnaməni dəstəklədiyi və Gürcüstanın sənədin əksər bəndlərini yerinə yetirdiyi, eyni zamanda Rusiyanın onun əsas tələblərini yerinə yetirmədiyi bildirilir.

Rusiya nümayəndə heyətindən başqa, hamının sənədin lehinə səs verməsi faktı, Maçavarianinin sözlərinə görə, onun Avropa Şurası üçün münasib olmasından xəbər verir.

"Bu bizim üçün ən əsas amildir, çünki biz Rusiyaya qarşı tək qalmamalıyıq", - deyə o bildirib.

Maçavariani hesab edir ki, Avropa parlamentarilərinin düzəlişlərindən sonra AŞ- nin mövqeyi aydın oldu. O bildirib ki, Rusiyanın öz qoşunlarını çıxarması, qaçqınların qaytarılması və ən əsası, onun Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərinin tanınması barədə qərarının ləğv edilməsi qəti şəkildə qeyd olunub.

Maçavarianinin məlumatına görə, düzəliş bərabər sayda səs toplayıb - 68/68. "Lakin mən əminəm ki, Rusiyanın mövqeyi və onun təqdim olunan tövsiyələri yerinə yetirmək istəməməsi aydın olduğundan, apreldə ölkələrin (AŞ) ona qarşı mövqeyi daha sərt olacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti