...

Əsir götürülmüş gürcü hakimi azad edilib

Siyasət Materials 9 Fevral 2009 13:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 fevral/ Trend , muxbir N.Kirçıhaliya/ Osetiya separatcıları şənbə günü oğurlanan gürcü futbol hakimini azad ediblər. Həmin gün dörd silahlı şəxs Tbilisi-Senaki-Leselidze şossesinin İqoeti döngəsində Gürcüstan cempionatı üçün Zuqdudi şəhərinə hakimləri aparan "Mersedes" markalı avtomobilə hücum ediblər.

Banditlər avtomobildə olan üç nəfəri döyüb və hakim Malxaza Beuklişvilini isə əsir götürüblər. Onlar Beuklişvilinn muqabilində 50 min dollar pul tələb ediblər.

Lakin banditlər istədiyi məbləği ala bilməyiblər. Cənubi Osetiya polisinin verdiyi məlumata görə, Beuklişvili pul ödənilmədən azad edilib.

Azad olunmuş şəxsin verdiyi məlumata görə, banditlər onu normal şəraitdə saxlayıblar.

Məqalənin müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti