...

Azərbaycan prezidenti "Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında" sərəncam imzalayıb

Siyasət Materials 9 Fevral 2009 17:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi "Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında" sərəncam imzalayıb, AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti bir ay müddətində "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"ni təsdiq etməli, məlumat sisteminin fəaliyyətinin təmin edilməsi, habelə sistem çərçivəsində müvafiq dövlət orqanları və digər informasiya sistemləri (resursları) arasında əlaqələndirmənin təşkil edilməsi üçün lazımi tədbirlər görməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti