...

Aİ və ABŞ Dövlət Departamentinin nümayəndələri Abxaziyaya səfər edəcəklər

Siyasət Materials 11 Fevral 2009 11:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Komissiyasının Gürcüstandakı nümayəndə heyətinin rəhbəri Pyer Eklund, həmçinin ABŞ Dövlət Departamentinin münaqişələrin həlli üzrə şöbəsinin nümayəndəsi Maykl Karpenter çərşənbə günü Abxaziyaya birgünlük səfər edəcəklər. Bu barədə Abxaziyanın Xarici İşlər Nazirliyinin Dövlət protokol şöbəsindən məlumat verilib. Qonaqların xarici işlər naziri Sergey Şamb ilə görüşü planlaşdırılır.

Fevralın 9-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Semnebinin Abxaziyaya planlaşdırılan səfəri pis hava şəraiti səbəbindən baş tutmayıb.

Məqalə müəllifi ilə əlaqə ünıvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti