...

Gürcüstanın xarici işlər naziri Ermənistana rəsmi səfər edəcək

Siyasət Materials 16 Fevral 2009 17:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze fevralın 20-21-də Ermənistana səfər edəcək. Bu barədə bu gün keçirilən brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya bildirib.

Vaşadze səfər zamanı Ermənistan prezidenti, hökumət rəhbəri, XİN başçısı və Ermənistan parlamentinin sədri ilə görüşməyi planlaşdırır.

Görüşlər zamanı ikitərəfli maraq kəsb edən məsələlər müzakirə olunacaq. Tbilisidə Gürcüstan provaslav kilsəsi və Gürcüstan yepaxiyasının iddia etdikləri bir neçə kilsənin Ermənistanın apostol kilsəsinə məxsus olması ilə bağlı məsələ qaldırılacağı istisna edilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti