...

Aİ-nin genişlənməsi özünü doğrultdu – Çexiya Baş nazirinin Avropa məsələləri üzrə müavini

Siyasət Materials 2 Mart 2009 20:18 (UTC +04:00)
Aİ-nin genişlənməsi özünü doğrultdu – Çexiya Baş nazirinin Avropa məsələləri üzrə müavini

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir  E.Ostapenko / Çexiya Baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondra hesab edir ki, Avropa İttifaqının genişlənməsi Avropanın daxili bazarına "fövqəladə müsbət təsir" göstərməklə bəhrəsini verib.  

"Avropanın daxili bazarına fövqəladə müsbət təsir, genişlənmənin lehinə olan ən vacib arqument oldu", - Aİ-nin yaydığı rəsmi məlumatda Vondranın dediyi bildirilib.

"Beş il sonra Aİ-nin genişlənməsi" mövzusunda Aİ-də sədrlik edən Çexiya ilə Avropa komissiyasının təşkil etdiyi yüksək səviyyəli konfrans bazar ertəsi Praqa şəhərində keçirilir. Konfransda Aİ-nin genişlənməsinin ittifaq çərçivəsində maliyə stabilliyinə olan müsbət təsirləri müzakirə olunur.  

Praqada böyük nazirlik konfransı ilə Avropa İttifaqı Şərqə doğru "iri addım"ın, yəni 2004-cü ildə Aİ-yə birdən 10 ölkənin qoşulması ilə ittifaq üzvlərinin sayının 15-dən 25-ə çatması qeyd olundu.  

Genişlənmənin güclü dalğası Macarıstanı, Kipri, Latviyanı, Litvanı, Maltanı, Polşanı, Slovakiyanı, Sloveniyanı, Çexiyanı və Estoniyanı Aİ sıralarına gətirdi. 2007-ci ildə isə Bolqarıstan və Rumıniya da ittifaqa üzv oldular.

Bu yolla Aİ əhalisinin ümumi sayı təqribən 500 mln. nəfərə çatıb. Aİ dünya ticarətinin 17%-nə nəzarət edir.  

Çexiya sədrliyinin xahişi ilə Avrokomissiya 2004 və 2007-ci illərdə baş verən genişlənmə ilə bağlı iqtisadi nailiyyətlər və problemlər haqda araşdırma dərc etdi. Araşdırmalar nəticəsində məlum oldu ki, ittifaqın köhnə üzvləri olan ölkələrdə ÜDM hər il 0,5%, yeni üzv olan 20 ölkədə isə 1,75% artmışdır.  

Avrostatistikanın son məlumatına görə, 2008-ci ildə köhnə üzv ölkələrdən yeni üzv öllkələrə olan ixracın həcmi 121,17 milyard dollardan 268,93 milyard dollara çatdırılıb.

"Bu rəqəmlər açıq-aydın genişlənmənin ittifaqın çiçəklənməsinə xidmət etdiyini göstərir", - Vondra bildirib.  

"Daxili bazarın tam şəkildə fəaliyyəti Avropada hazırki iqtisadi enişi adlayıb və biz alışdığımız çiçəklənmə mühərrikini işə salmağa kömək edəcək", - Vondra əlavə edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti