...

Yerli icra orqanlarının əsas vəzifəsi referendum üzrə səsvermə zamanı vətəndaşların fikirlərini azad ifadə etməsi üçün bütün lazımi şəraiti yaratmaqdır - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 3 Mart 2009 12:58 (UTC +04:00)
Yerli icra orqanlarının əsas vəzifəsi referendum üzrə səsvermə zamanı vətəndaşların fikirlərini azad ifadə etməsi üçün bütün lazımi şəraiti yaratmaqdır - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 03 mart / Trend , C.Babayeva /

"Yerli icra orqanları referendum üzrə səsvermə zamanı vətəndaşların fikirlərini azad ifadə etməsi üçün bütün lazımi şəraiti yaratmalıdırlar", - çərşənbə axşamı Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinə müdaxilələrin qarşısının alınmasına həsr olunmuş informasiya sessiyalarında deyib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək

"Yerli icra hakimiyyəti orqanları başçılarının öhdəlikləri prezident və parlament seçkilərindəkindən fərqli olaraq elə də çətin deyil. Onlar referendum üzrə təşviqat qruplarının fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmalıdırlar", - Həsənov bildirib.

Onun sözlərinə görə, yerli hakimiyyət orqanlarının əsas vəzifələrindən biri ölkə Konstitusiyasına dəyişikliklər haqda vətəndaşların hərtərəfli məlumatlandırılmasıdır.

"İcra orqanlarının başçıları seçiciləri onların rahatlığı üçün avtobuslarla seçki məntəqlərinə çatdırırlarsa, bu, qanunvericiliyə zidd deyil. Seçicilərin seçki məntəqələrinə başqa məqsədlərlə çatdırılması yolverilməzdir", - Həsənov bildirib.

Azərbaycandakı referendumla bağlı yaradılmış təşviqat qrupları fevralın 18-dən etibarən təşviqat kampaniyasına start veriblər. Referendum üzrə qəbul olunmuş təqvim planına əsasən, təşviqat kampaniyası martın 16-sı gecə saat 00:00-da bitməlidir.

Təşviqat qrupları üçün İctimai Televiziyada pulsuz efir vaxtı şənbə günü 18:15-dən 19:45-dək, İctimai radioda isə çərşənbə günü 20:15-dən 21:45-dək ayrılıb.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Xəbər lenti

Xəbər lenti