Gürcüstan, Tbilisi, 03 mart / Trend , müxbir N. Kirtsxaliya / "Gürcüstan və Rusiya arasında heç bir halda vizaların verilməsində gözləmələr olmamalıdır", - Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalanadze bildirib.
"Vizalar məhdud sayda bəzi şəxslərə veriləcək. Dəqiq tarixə gəlincə isə, bu prosesin sabah başlanması ehtimal olunur. Proses texniki məsələlərlə bağlıdır və dəqiq tarixini söyləmək çətindir", - Kalanadze qeyd edib.
Onun sözlərinə görə, vizaların veriləcəyi şəxslərə gəldikdə isə onlar heç bir problem olmadan onları əldə edəcəklər.
Bu günlərdə Gürcüstan və İsveçrə, Rusiya və İsveçrə arasındakı müqavilələr qüvvəyə minir. Bu müqavilələrin əsasında Gürcüstanın Rusiyadakı maraqlarını və ya əksinə, RF-nın Gürcüstandakı maraqlarını İsveçrə müdafiə edəcək. Vizalar Moskva və Tbilisidə açılmış bölmələrdə veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]