...

Gürcüstan və Rusiya arasında vizaların verilməsinə martın 6-dan başlanılacaq

Siyasət Materials 4 Mart 2009 12:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N.Kirtsxaliya /

İsveçrə və Gürcüstan bu gün rəsmi Bernin Moskvada Gürcüstanın maraqlarını təmsil etmək haqda notalarını dəyişdirib.Gürcüstan XİN-də bir-biri ilə notaları nazir müavini Qiqa Bokeriya və İsveçrə səfiri Lorenso Amberq dəyişdirib.

Moskvada, Gürcüstanın sabiq səfirlik binasında konsulluq bölümü açılacaq. Orada gürcü diplomatlar yerləşəcək. Binanın üzərində İsveçrə bayrağı dalğalanacaq.

Eyni addım Tbilisidə atılacaq. Rusiyanın Gürcüstandakı sabiq səfirlik binasının üzərində də İsveçrə bayrağı dalğalanacaq. Burada rus diplomatlar RF-yə giriş üçün viza verəcəklər.

Bu gün notaların dəyişdirilməsindən sonra Qiqa Bokeriya jurnalistlərlə brifinqdə məlumat verib ki, Moskvadakı gürcü şöbəsinə Qivi Şuqarov rəhbərlik edəcək.

"Vizalar əvvəlki kimi məhdudiyyətsiz paylanacaq", - o bildirib.

Tbilisidəki rus şöbəsinə Andrey Smaqa rəhbərlik edəcək.

Amberqin sözlərinə görə, İsveçrənin artıq belə təcrübəsi var. "Biz ABŞ və Kanada arasında münaqişə olanda vasitəçi rolunu oynamışdıq", - o, deyib.

Vizaların verilməsinə martın 6-dan başlanılacaq.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti