...

İran yeni raketi sınaqdan keçirib (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 8 Mart 2009 17:25 (UTC +04:00)
İran yeni raketi sınaqdan keçirib (ƏLAVƏ EDİLİB)

İran yeni uzaq mənzilli raketi sınaqdan keçirib. Bu barədə Sinxua agentliyi Press TV-ə istinadn məlumat verir.

Telekanal əlavə şərhlər verməyib.

Bu məlumat İranın yüksək çinli hərbi məmurunun "İran raketlərinin İsrailin nüvə obyektlərinə qədər gedib çıxmaq imkanı var" bəyanatından bir həftə sonra yayılıb, Röyter xəbər verir. 

Bununla belə "Fars" informasiya agentliyi xəbər verir ki, İran yeni "hava-su" raketinin uğurlu sınağını keçirib.

Agentliyin məlumatına görə, yeni silah növü döyüş təyyarələrində quraşdırılmaq və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Raketlərin ağırlığı 500 kq-dır və 110 km məsafəyə qədər uça bilirlər.

Raketlər tam olaraq iranlı mütəxəssislər tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti