...

Gürcüstanın Rusiyadakı keçmiş səfiri istirahətdə döyülüb

Siyasət Materials 9 Mart 2009 15:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 mart / Trend , N. Kirtsxaliya /

Gürcüstanın Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvili, istirahət günlərində Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmuru İrakli Koduanın ailəsini Qudairidəki dağ xizək kurortunda yüzlərlə insan önündə onu şifahi və fiziki təhqirə məruz qoymasında günahlandırıb.

"Hadisədən bir neçə dəqiqə sonra mən yaxınlıqdakı daxili işlər orqanını bu barədə məlumatlandırdım, lakin buna heç bir reaksiya verilmədi", - Kitsmarişvilinin Gürcüstanın Milli Müdafiəçisinə ünvanlanan bəyanatında belə deyilir.

O, ombudsmandan müvafiq reaksiya tələb edir. Bundan əlavə, keçmiş səfir Gürcüstanda akreditə olunmuş diplomatik nümayəndəliklərə də hadisə barəsində bəyanat verib.

Xüsusi Operativ Departamentin əməkdaşı Kodua vaxtilə ölkədə silahlı çevrilişdə günahılandırılan mərhum biznesmen Badri Patarkatişvilini nüfuzdan salmaq məqsədi ilə məlumatlar toplayırdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti