...

Gürcüstanın XIN rəhbəri ABŞ-ın dövlət katibindən məktub alıb

Siyasət Materials 9 Mart 2009 17:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ABŞ-ın dövlət katibi Hillari Klintondan məktub alıb. Gürcüstan XİN-dən Trend -ə verilən məlumata görə, məktubda ABŞ-ın Gürcüstandakı beynəlxalq təşkilatların rolu və onların sonrakı fəaliyyəti haqqında baxışları əks olunub.

"Bu konteksdə ABŞ-ın suverenliyin və ərazi bütövlüyünün şərtsiz dəstəklənməsi yönündə mövqeyi növbəti dəfə əks olunub", - XİN məlumat verir.

Bununla yanaşı, məktubda ABŞ və Gürcüstan arasındakı ikitərəfli münasibətlər nəzərdən keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]  

Xəbər lenti

Xəbər lenti