...

Azərbaycan polisi narkotik qaçaqmalçılığı ilə məşğul olan əcnəbi vətəndaşlardan ibarət dəstəni zərərsizləşdirib

Siyasət Materials 11 Mart 2009 14:39 (UTC +04:00)
Azərbaycan polisi narkotik qaçaqmalçılığı ilə məşğul olan əcnəbi vətəndaşlardan ibarət dəstəni zərərsizləşdirib

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində əsasən Nigeriya vətəndaşları olan və paytaxtın Yasamal raynunda kirayədə yaşayan  1977-ci il təvəllüdlü Ojuyederie Ceyms Okeneruim, 1974-cü il təvəllüdlü Okvara Filip Namdi, 1984-cü il təvəllüdlü Oqbonna Sabastine Okeçukvyun, 1972-ci il təvəllüdlü Peter Unojite, 1982-ci il təvəllüdlü Davies Ulovasegün İsola və 1982-ci il təvəllüdlü Nduka Valentin saxlanılıb.

Onlardan 20 kiloqram 675 qram heroin götürülüb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır. 

Bakının Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları ötən həftə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstənin 14 üzvünü də həbs ediblər. Bir neçə mərhələdə həyata keçirilmiş uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dəstə üzvlərindən ümumilikdə 31 kiloqram həşiş, iki kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti