...

ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir – Təhlükəsizlik Şurasının katibi

Siyasət Materials 12 Mart 2009 12:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 mart / Trend , müxbir N.Kirtsxalia /

ABŞ Gürcüstanın ərazi bütövlüyü huquqlarının pozulması ilə heç vaxt barışmayacaq. Bu barədə Birləşmiş Ştatlara səfərinin yekununda Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Yekaterina Tkeşelaşvili bildirib.

"ABŞ Dövlət Departamentinin nümayəndələri, ABŞ Konqresi və Senatının deputatları ilə keçirilən bütün görüşlərdə biz Vaşinqtonun heç vaxt öz prinsiplərindən, o cümlədən Gürcüstana qarşı olan münasibətlərindən imtina etməyəcəyi və bu prinsipləri qorumağı davam etdirəcəyinə dair dəqiq təminat aldıq", - deyə jurnalistlərə Tkeşelaşvili bildirib.

O, ABŞ-ın Gürcüstana münasibətdə seçdiyi prinsipial yanaşmadan razılığını bildirib.

"Əsas odur ki, ABŞ-ın Gürcüstana qarşı prinsipial yanaşması dəyişməyib və ABŞ-ın strateji tərəfdaşı olan Gürcüstana qarşı hər bir kompromisi dəstəkləyəcəyinə dair təminat almışıq", - deyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi bildirib.

Tkeşelaşvili Vaşinqtonda keçirilən mətbuat konfransındakı çıxışı ilə səfərini yekunlaşdırıb. Mətbuat konfransında o, Gürcüstandakı vəziyyət və ötən ilin yayında baş verən Gürcüstan-Rusiya münaqişəsinin nəticələri barədə danışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti