...

Azərbaycan kommunistləri 2962 seçki məntəqəsində referendumu müşahidə edəcəklər

Siyasət Materials 13 Mart 2009 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Kommunist Partiyasının (AKP) üzvləri referendum üzrə səsvermə günü 108 seçki dairəsi üzrə 2962 seçki məntəqəsində müşahidə aparacaqlar.

Müşahidəçilərin siyahısı AKP Mərkəzi Komitəsinin bürosunun iclasında təsdiq edilib, cümə günü partiyanın mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf Naminə" və "Zəka" təşəbbüs qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları əleyhinə təbliğat aparırlar. 

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

MSK-da ölkə üzrə 2149 yerli, 132 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Məlumatda həmçinin bildirilib ki, referendumun gedişini izləmək üçün AKP Mərkəzi Komitəsində partiya sədri Rauf Qurbanovun rəhbərliyi ilə qərargah yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti