...

Müdafiə Nazirliyi Rusiyaya məxsus sınaqdan keçirilən pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan sərhədlərini pozmadığnı bəyan edib

Siyasət Materials 16 Mart 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir K.Zərbalıyeva /

Müdafiə Nazirliyi Rusiyaya məxsus sınaqdan keçirilən pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan sərhədlərini pozmadığnı bəyan edib, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bazar ertəsi Trend -a məlumat verib.

Trend -un arayışı: Azərbaycan mətbuatı "Aviation Week" jurnalına istinadən məlumat verib ki, Rusiyaya məxsus "Dozor-4" adlı pilotsuz kəşfiyyat təyyarəsi Dağıstan üzərində sınaqdan keçirilib və 5 gün ərzində Rusiyanın Azərbaycanla sərhədləri üzərində uçuşlar həyata keçirib. Bildirilir ki, sınaq uçuşları zamanı təyyarə bir neçə dəfə yerə yaxınlaşıb və sərhəd xətti üzəri ilə uçaraq fotoşəkillər çəkib. "Dozor-4"ün baş instruktoru Gennadi Trubnikov deyib ki, normal havada təyyarə 3 min metr yüksəklikdən kəşfiyyat apara bilir. Ancaq hava küləkli olduğundan sınaqlar zamanı 2400 metr yüksəklikdən istifadə edilib: "Təyyarə sözün hərfi mənasında sərhəd xəttinin üzəri ilə uçaraq bölgədən fotoşəkillər çəkib".

Trubnikov kəşfiyyat aparılan bölgədə relyefin 15 metr dəqiqliyi ilə izləndiyini və sınaqların uğurlu keçdiyini bildirib. Məlumata görə, təyyarə radara yaxalanmır. "Dozor-4" apardığı müşahidələr haqda real zamanda məlumatları 100 kilometr məsafəyə qədər ötürə bilir. Sınaqların ikinci günü təyyarə planlaşdırılmayan axtarış-əməliyyat tədbirlərinə cəlb edilib. Rusiya bu təyyarələri Şimali Qafqazdakı qoşun qruplaşmalarının sərəncamına verməyə hazırlaşır. Hazırda Rusiya hava-yer tipli raketlərlə hədəfi dəqiq vura bilən pilotsuz təyyarələr üzərində işləyir.

Nazirlik rəsmisi bildirib ki, Rusiyanın hərbi təyyarəsi Dağıstan ərazisində uçuşlar keçirib və Azərbaycan ərazisinə daxil olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti