...

Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Hesablayan Elektron Maşınlar Zavodunun açılışında iştirak edib

Siyasət Materials 16 Mart 2009 16:27 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.  

Dövlət başçısı əsaslı yenidənqurmadan sonra işə başlamış təcrübi-istehsalat zavodunun fəaliyyəti ilə tanış olub. Prezident zavodda istehsal olunmuş məhsulların sınaqdan keçirilməsini əks etdirən videogörüntülərə baxıb.

Daha sonra dövlət başçısı müəssisədə istehsal olunan hazır məhsulların sərgisi ilə tanış olub, onların texniki-iqtisadi göstəriciləri və keyfiyyəti ilə maraqlanıb.

Prezident gələcəkdə istehsal sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Hesablayan Elektron Maşınlar Zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Prezident İlham Əliyevə müəssisədə görülmüş işlər barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti