...

Azərbaycan rəhbərliyi vətəndaşların referendumda düzgün seçim etməsi üçün əlindən gələni edib – AŞ PA müşahidəçisi

Siyasət Materials 17 Mart 2009 15:04 (UTC +04:00)
Azərbaycan rəhbərliyi vətəndaşların referendumda düzgün seçim etməsi üçün əlindən gələni edib – AŞ PA müşahidəçisi

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.Abdullayeva /

"Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarının ölkə Konstitusiyasına ediləcək dəyişikliklərin nədən ibarət olmasını anlaması və düzgün seçim etməsi üçün əlindən gələni edib", - çərşənbə axşamı Trend -a AŞ PA-nın Böyük Birtaniyadan olan üzvü Mayk Henkok deyib.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək. Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

"Mən hesab edirəm ki, bu, Azərbaycan üçün çox yaxşıdır və insanlar öz istədikləri kimi qərar qəbul edə bilirlər. Qarşıdakı referendum ölkə qanunvericiliyinə əsaslanır, ona görə də mən onu legitim hesab edirəm", - AŞ PA-nın referendum üzrə müşahidəçi missiyasının üzvü Henkok bildirib.

Onun fikrincə, referenduma hazırlıq prosesi qanun pozuntusu olmadan keçirilir. "Bu ana qədər referenduma hazırlıqla bağlı hansısa qanun pozuntusu qeydə alınmayıb", - Henkok deyib.

"Sabah hər şeyin pozuntu olmadan keçməsi vacibdir və məncə bu, belə də olacaq", - Henkok qeyd edib.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat tipli kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti