...

Azərbaycanın Gəncə şəhərindəki istintaq təcridxanasında məhbusların 32,8 faizi səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Gəncə, 18 mart / Trend , müxbir V.Məmmədov /

Azərbaycanın qərbində yerləşən Gəncədə yerləşən (paytaxt Bakıdan 365 kilometr məsafədə) 2 saylı İstintaq Təcridxanasında saat 12:00-a olan məlumata görə, məhbusların 32,8 faizi səsvermədə iştirak edib. Bu barədə Trend -a 38 saylı Dairə Seçki Komisiyasından məlumat veriblər.

Məlumata görə, təcridxanada olan 600 məhbusun 197 nəfəri Konstitusiyada ediləcək dəyişikliklərə münasibət bildirib.

Saat 12:00-a olan məlumata görə, seçicilərin 32,95 faizi məntəqələrə gələrək səs veriblər. Gəncədə olan Dairə Seçki Komisiyalarından verilən məlumata 147 654 seçicidən 48147 nəfəri artıq seçkilərdə iştirak edib.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd Dairə Seçki Komissiyası var. Məntəqələrin sayı isə əlavələr də daxil olmaqla, 110 təşkil edir.

Gəncə şəhərində 1000-dən sox yerli müşahidəçi seçkiləri izləyir. 26 məntəqədə isə veb-kameralar quraşdırılıb.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti