...

YAP bir sıra müxalifət nümayəndələrinin referendumda pozuntularla bağlı bəyanatlarını əsassız sayır

Siyasət Materials 18 Mart 2009 22:21 (UTC +04:00)
YAP bir sıra müxalifət nümayəndələrinin referendumda pozuntularla bağlı bəyanatlarını əsassız sayır

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

Çərşənbə günü mətbuat konfransı zamanı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icraçı katibi Əli Əhmədov deyib ki, YAP bir sıra müxalifət nümayəndələrinin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda pozuntularla bağlı bəyanatlarını əsassız sayır.

Çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

"Müxalifət partiyasının az bir qism nümayəndələri bildirirlər ki, onlar seçkilərin tam gedişatını əhatə edə bilməyiblər", - Əhmədov bldirib.

Bir sıra müxalifət partiyalarının təmsil olunduğu "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarının press-relizində deyilir ki, səsvermə zamanı bir sıra pozuntular qeydə alınıb.

Əhmədovun sözlərinə əsasən, müxalifət müşahidəçilərinin sayı o dərəcədə az idi ki, hətta bir şəxsin bir neçə məntəqədə qeydiyyatdan keçmə faktı aşkarlanıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti