Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtsxaliya/ Cümə ünü yaydıqları bəyanatla gürcü ekspertlər hökümət və müxalifəti siyasi böhran şəraitində zor tətbiqindən qaçmaq naminə məsuliyyətə çağırıb.
"Proseslərin eskalasiyası və radikallaşması getdikcə aydınlaşır, - bəyanatda deyilir. - Düşünülməmiş addımlar və ya provokasiya bizi tamamilə hüquqi çərçivədən çıxara və idarəedilməz proseslər yarada bilər".
Öz bəyanatlarında ekspertlər bildirir ki, hakimiyyətə gəlmək və onu əldə saxlamaq üçün güc tətbiqini qəbul etmir, həmçinin gərginliyin eskalasiyasının qarşısının alınmasına çağırırlar.
"Güc tətbiqindən qaçmaq üçün hökümət və müxalifət qüvvələri arasında münasibətlər qurmaq lazımdır", - bəyanatda deyilir.
Bəyanatı imzalamış şəxslər, hökümət və müxalifətin razılığı olarsa, bu prosesə qərbli tərəfdaşlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə əməkdaşlığı təklif etməklə öz töhfəsini verməyə hazır olduqlarını dilə gətiriblər.
"Bu məsələdə biz bütün Gürcüstanın Katolikos-Partiarxı İkinci İlyanın mövqeyini nəzərə almağa hazırıq", - bəyanatda qeyd olunur.
Bəyanatı imzalayıblar: Zurab Abaşidze, İrakli Menaqaraşvili, Soso Tsiskarişvili, Laşa Tuquşi, İrakli Sesiaşvilir, Merab Kakuliya, Vladimir Papava, Arçil Qeqeşidze, Georgi Xutsişvili, Qiya Xuxaşvili, Zaxari Kutsnaşvili, Ramaz Sakvarelidze.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]