...

Qırğızıstanın müxalifət qüvvələrinin alyansı dağılır

Siyasət Materials 3 Aprel 2009 15:45 (UTC +04:00)

Qırğızıstan, Bişkək, 03 aprel / Trend , müxbir A.Tanayev /

Müxalifət hərəkatının aşkar böhranı müstəqil Qırğızıstanın yaşlı təşkilatı olan "Asaba" Milli Dirçəliş partiyasınında da müşahidə edilib. Bu barədə Qırğızıstan mətbuatı, "Asaba" lideri Sovetbəy Jamaldinovun iyulun 23-də keçirilən prezident seçkilərində öz namizədlərini irəli sürməməsi və hazırda hakimiyyətdə olan dövlət başçısı Kurmanbek Bakiyevin əsas siaysi opponentlərinin cəmləşdiyi Xalq Hərəkatı Birliyi (XHB) tərkibindən çıxması barədə qərarını sitat gətirərək məlumat verib.

"Bu bəyanat Partiyanın Siyasi Şurasının bugünkü iclasının nəticəsidir", - deyə Jamaldinov bildirib. Onun birinci müavini Turat Dyuşeev əlavə edib ki, onun partiya tərəfdaşlarının fikrincə, XHB artıq tükənib. Bununla yanaşı, "Asaba" "Azad seçkilər naminə, gələcək millət naminə" şüarı ilə öz üzvlərinin namizədliyinin yerli seçki komissiyalarında irəli sürülməsi yolu ilə növbəti prezident seçkilərində iştirak edəcək.

Əvvəl prezidentlik iddiasından "Ata-Meken" (lider Omurbəy Tekebayev), "Ar-Namıs" (Feliks Kulov) və Qırğızıstan İnqilab komitəsi (Əzimbəy Bəynəzərov) imtina ediblər.

Məqalə müəllifi ilə əlaqə ünavı: [email protected]

Xəbər lenti

Xəbər lenti