...

Azərbaycanda KİV-lərə Dövlət Dəstəyi Fondu yaradılıb

Siyasət Materials 3 Aprel 2009 19:29 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Azərbaycan Prezidenti yanında KİV-lərin inkişafı Dövlət Fondunun yaradılması da təsdiq olunub.

Nazirlər Kabinetinə Fondun fəaliyyətinin təşkili üçün yerlərin ayrılması və maddi-texniki təminat məsələlərinin həlli, bir ay ərzində xərclər smetasının tərtibi, ştat cədvəlinin hazırlanması, əməkdaşların sayının və məvaciblərinin təyin olunması və illik dövlət büdcəsi layihələrinin tərtibi zamanı KİV-lərin dövlət yardımı ilə təmin olunması tapşırılıb.   

Ədliyyə Naziliyinə 15 gün müddətində Fondun dövlət qeydiyyatına alınması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti