...

Müxalifət liderləri arasında ən böyük populyarlıq İrakli Alasaniyadadır

Siyasət Materials 6 Aprel 2009 17:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Müxalifət liderləri arasında ən böyük populyarlıq İrakli Alasaniyadadır. Bunu "Kviris palitra" həftəliyinin həyata keçirdiyi sorğu göstərib. Sorğuda 546 respondent iştirak edib.

Rəyi soruşulanların 57 faizi onu birinci pilləyə qaldırıb.

İkinci yerdə Gürcüstan prezidentliyinə Vahid Müxalifətdən sabiq namizəd Levan Qaçeçiladze durur. Liderlər üçlüyünü Xristian-Demokrat Hərəkatının sədri - parlament azlığının lideri Qeorqi Tarqamadze qapayıb.

Bundan sonra reytinqdə Leyborist partiyasının lideri Şalva Natelaşvili, Milli forumun lideri Kаха Şartava, sabiq müdafiə naziri İrakli Okruaşvili, gürcü ənənəçilərinin lideri Akaki Asatiani, parlamentin sabiq spikeri Nino Burcanadze və Konservativ partiyanın baş katibi Kaxa Kukava gəlir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti