...

NATO Azərbaycanı öz tərəfdaşı hesab etməkdən qürur duyur – ABŞ səfiri

Siyasət Materials 9 Aprel 2009 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C.Babayeva /

NATO Azərbaycanı öz tərəfdaşı hesab etməkdən qürur duyur, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dersi cümə axşamı Bakıda keçirilən "NATO-Alyans tam siyasi yetkinlik çağında" konfransında çıxışı zamanı deyib.

"Azərbaycanın Avro-Atlantik təsisatlarına inteqrasiya etməyə dair verdiyi strateji qərar onun müstəqil dövlət tarixində ən önəmli qərar ola bilər", - Dersi deyib.

Trend -un arayışı: Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsası 1994-cü il 4 may tarixində "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədin imzalanması ilə qoyulub.

Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən olub.

Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq üzərinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il 3 avqust tarixində "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planının təsdiqi haqqında" Fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Azərbaycan NATO ilə alyansın İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda bu kimi əməkdaşlıq Əfqanıstanda davam etdirilir.

Səfirin sözlərinə görə, Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstana qədər olan missiyalara verdiyi töhfələr davamlı və peşəkar olub.

Amerikalı diplomat deyib ki, Azərbaycanın NATO ilə olan əlaqələri təhlükəsizliyi və demokratik dəyərləri gücləndirməklə yanaşı, siyasi və hərbi moderinzasiya və islahatlar prosesinə dəstək verir.

"Avro-Atlantik inteqrasiya prosesi müxtəlif prinsipləri əhatə edir. Bu prinsiplərin ən önəmlisi ondan ibarətdir ki, demokratik hökumət yalnız dövlətin ərazisi deyil, həmçinin dövlətin hər bir vətəndaşının şəxsi azadlığını qoruyur. Bu, NATO-nun inandığı bir amil və ümumi dəyərdir", - Dersi deyib.

Səfir deyib ki, NATO-nun Fərdi Əməkdaşlıq Fəaliyyəti Planı çərçivəsində Azərbaycan silahlı qüvvələrinin və milli təhlükəsizlik strukturlarının modernizasiyasına dair öhdəliklər götürmüşdür. "Belə islahatlar Azərbaycan qüvvələrinə NATO-nun əməliyyatlarına inteqrasiya etmək üçün imkan yaradacaq", - Dersi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti