...

İranda İsrailə casusluqda ittiham olunan bir qrup şəxs saxlanılıb

Siyasət Materials 27 Aprel 2009 10:29 (UTC +04:00)

İranda İsrail kəşfiyyat orqanlarına casusluqda ittiham olunan bir qrup şəxs saxlanılıb. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.

"Bir qrup sionist kəşfiyyatına xidmət edən terrorist Tehranda prezident seçkiləri öncəsi çaxnaşma və partlayışlar törətmək niyyətində olub. Lakin onlar İranın kəşfiyyat orqanları tərəfindən həbs olunublar", -deyə İranın milli təhlükəsizlik orqanının (İttilat) rəhbəri Möhsini Əjeyi bildirib.

Həbs olunanların kimliyi və sayı barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti