...

Türkiyənin Baş naziri bu gün Bakıya səfər edəcək

Siyasət Materials 27 Aprel 2009 13:32 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Bakya səfər edəcək. Bu haqda Reuters məlumat verib.

Trend -un arayışı: Türkiyə mətbuatının məlumatına görə, Ankara və Yerevan arasında imzalanan "Yol xəritəsi" 5 bənddən ibarətdir. Razılaşmaya əsasən, Ermənistan Türkiyə və keçmiş SSRİ arasında 1921-ci ildə imzalanan Qars razılaşmasını qəbul etməlidir. Bundan başqa, ermənilərin "soyqırım" iddialarını araşdıran tarixçilərdən ibarət ortaq komissiya yaradılmalı və komissiyanın tərkibinə hər hansı bir üçüncü ölkə qatıla bilər. Ermənistan-Türkiyə sərhədləri açılacaq və ticarət əlaqələrinin başlanması üçün müvafiq sənədlər imzalanacaq. Ermənistan və Türkiyə Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və Yerevanda akreditə etdikdən sonra birbaşa diplomatik əlaqələr qurulacaq. "Yol xəritəsi"ndə hər hansı bir qanunverici orqan tərəfindən təsdiq olunmalı məsələlər birbaşa parlamentdə müzakirə ediləcək. Məlumata görə, sənəddə Qarabağ məsələsi yer almasa da, iki ölkə arasında yaxınlaşma münaqişənin həlli yolları ilə paralel aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti