...

Gürcüstan hakimiyyəti Avropa Şurasının tövsiyələrinə əməl etməyə hazırdır

Siyasət Materials 30 Aprel 2009 21:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan hakimiyyəti Avropa Şurasının tövsiyələrinə əməl etməyə hazırdır", - Parlamentin vitse-spikeri Mixail Maçavariani deyib.

AŞ PA-nın Monitorinq Komitəsinin Gürcüstanın daxili siyasi hadisələrinə həsr edilmiş 34 bənddən ibarət sənədinə Maçavariani belə münasibət bildirib. AŞ PA Monitorinq Komitəsi Gürcüstan hakimiyyəti və müxalifətini qanunvericilik sisteminə dəyişikliklərlə bağlı real dialoqa başlamağa çağırır. 

"Bütün proqblemli məsələlər siyasi qruplar arasında dialoq yolu ilə həll edilməlidir", - Maçavariani qeyd edib. Onun sözlərinə əsasən, hakimiyyət ölkə qarşısında duran problemlərlə bağlı dialoqa hazırdır.

"Problemli məsələlər dialoq vasitəsilə həllini tapmalıdır. Bura iqtisadi, məhkəmə islahatı və KİV-in azadlığı ilə bağlı təhlükəsizlik və konstitusiya dəyişiklikləri də aiddir", - Maçavariani vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti