...

Türkiyədə və Azərbaycanda hərbçilər üçün terrorçuluğa qarşı birgə mübarizəyə dair kurslar keçiriləcək

Siyasət Materials 1 May 2009 11:07 (UTC +04:00)

Azərbaycan, Bаkı, 01 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Türkiyədə və Azərbaycanda terrorçu fəaliyyətlərin nəticələrinin azaldılması məqsədilə böhranların səmərəli idarə edilməsi mövzusunda kurslar keçiriləcək.

"May ayında Azərbaycan ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində iki ölkənin kəşfiyyat əməkdaşlığı, illik koordinasiya Azərbaycan toplantısı, Ankara şəhərində Azərbaycanın və Türkiyənin ixtisas məktəbləri arasında qarşılıqlı olaraq (tankçı, topçu və rabitəçi) müəllim mübadiləsi keçiriləcək", - cümə günü Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumatda qeyd edeilir ki, bundan başqa, neyrocərrahiyyə kursu, sülhü dəstəkləmə əməliyyatları üzrə MTT kursu, Gelobolu, Afyon və Sakarya şəhərlərində Silahlı Qüvvələrin Hərbi Akademiyasının müvəffəq dinləyici zabitlərinin Türkiyə Quru Qoşunları akademiyalarının 1-ci kursunun mədəni gəzintisində iştirakı, İstanbul şəhərində yanğınla mübarizənin təkmilləşdirilməsi kursları təşkil olunacaq.        

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti