...

İranda silah ticarəti ilə məşğul olan 10 nəfər həbs olunub

Siyasət Materials 4 May 2009 17:10 (UTC +04:00)

İranın Nişapur şəhər polisi silah ticarəti ilə məşğul olan 10 nəfəri həbs edib. Onlardan xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.

"Nişapur şəhərində bir nəfər qanunsuz silah gəzdirdiyi üçün həbs olunub. Polis tərəfindən sorğulanan şəxs silahı digər bir şəxsdən aldığını bildirib. Axtarışlar nəticəsində silah-sursat ticarəti ilə məşğul olan 10 nəfər saxlanılıb", - deyə İranın Nişapur şəhər polisinin komandiri general Əbulqasim Baruh bazar ertəsi bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 64 ədəd müxtəlif növ odlu silah müsadirə olunub.

Xəbər lenti

Xəbər lenti