...

Gürcüstanın XİN rəhbəri Madridə səfər edəcək

Siyasət Materials 4 May 2009 17:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze mayın 12-də Madridə yola düşəcək. Ənənəvi brifinq zamanı Gürcüstan XİN-in Siyasi Departament rəhbəri Zurab Kaçkaçişvili deyib ki, Vaşadze Avropa Şurasının 119-cu nazirlər səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək.

Onun sözlərinə əsasən, sözügedən görüş bir həftə öncə AŞ PA-nın Gürcüstana dəstək məqsədi ilə qəbul etdiyi qətnamə baxımından çox önəmlidir. Qətnamədə Rusiyanın ünvanına öhtəlikləri yerinə yetirmədiyinə görə sərt ittihamlar irəli sürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti