...

NATO Parlament Assambleyasının nümayəndələri Rusiyanı işğal edilmiş Gürcüstan ərazilərindən çıxmağa çağırıb

Siyasət Materials 6 May 2009 15:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06  may / Trend , müxbir N.Kirtsxaliya /

NATO Parlament Assambleyasının nümayəndələri Rusiyanı işğal edilmş Gürcüstan ərazilərindən çıxmağa çağırır. Bu barədə jurnalistlərə Tbilisinin "Şeraton Metexi palas" mehmanxanasında Gürcüstanın parlament çoxluğu ilə görüşən NATO PA-nın nümayəndə heyyətinin üzvlərindən biri Denis Mekşeyn deyib.

Onun sözlərinə əsasən, Avropa ölkələri birgə səylərini davam etdirib göstərməlidirlər ki, Qərbi Avropa, ABŞ və ümumilikdə Şimali Atlantika Alyansı Gürcüstanın dostu və tərəfdaşıdır.

Rusiyanın Gürcüstanda keçiriləcək NATO təlimlərinə əngəl olmaq istəyinə gəlincə, Mekşeyn deyib ki, "biz təlimləri Rusiya ərazisində aparmırıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti