Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxalia /
Tbilisidə polis ilə radikal müxalifət tərəfdarları arasında qarşıdurma baş verib. Bir neçə yüz müxalifət tərəfdarı Tbilisi Baş Polis İdarəsi binasının qarşısında baş verən qarşıdurmaya Rustaveli prospektindən qoşülüblar. Onlar "9 aprel" Gənclər Təşkilatının jurnalisti döyməkdə ittiham olunaraq saxlanılan üç fəalının həbsdən azad edilməsini tələb ediblər.
Müxalifətçilər Polis İdarəsini mühasirəyə alıb və binanın dəmir çəpərləri arxasında yerləşiblər.
Polis üzərinə hücumun təşkilatçısı olan müğənni Utsnobi (Qiorqi Qaçeçiladze) həbs olunanların dərhal azad edilməsini tələb edib. Onun fikrincə, müxalifətin saxlanılan tərəfdarlarına "işgəncələr" verilib. İdarənin xaricində onlarla polis müxalifətçiləri izləyib, lakin onların hərəkətlərinə cavab verməyib. Daha sonra onlar çəpəri dağıtmaq və yerindən tərpətməyə başlayıblar, bundan sonra hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Hadisə yerinə xüsusi təyinatlıların gəlməsindən sonra müxalifətçilər binadan kənarlaşıblar. Lakin Utsnobi və onun bir neçə tərəfdaşı tullanaraq hasarı keçmək istəyiblər və ilk olaraq Qiya Qaçeçiladze saxlanılıb və binaya aparılıb. Qalanlar isə xüsusi təyinatlılarla qarşıdurmaya başlayıb və müxalifətin bəzi liderləri, o cümlədən Levan Qaçeçiladze, Bidzina Qeqidze, Şalva Obqaidze xəsarət alıb.
Bu zaman müxalifətçilər hasardan geri çəkiliblər, lakin hər iki tərəfdən binaya daş, kərpic və şuşə atmağa başlayıblar. Bir neçə vətəndaş xəsarət alıb.