Azərbaycan, Bakı, 07 may / Trend , müxbir C.Babayeva /
Azərbaycanın inkişafı və tərəqqisində, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində Heydər Əliyevin ideyalarının müstəsna rolu olub, cümə axşamı Bakıda keçirilən "Heydər Əliyev ideyaları XXI əsrdə - Azərbaycanın inkişaf yolu" konfransında hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icraçı katibi Əli Əhmədov deyib.
"Heydər Əliyevin strategiyası nəticəsində Azərbaycan ən dinamik inkişaf mərhələsini yaşayan ölkədir", - Əhmədov əlavə edib.
Onun sözlərinə görə, bu proses bundan sonra da davam edəcək.
"Heydər Əliyev siyasətinin davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideyalarının reallaşdırılması davam etdiriləcək", - o bildirib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvləri konfransdan öncə bu gün ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]