...

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə iməcilik keçirilib

Siyasət Materials 8 May 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir A.Huseynbala /

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzi aparatının kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə iməclik keçirib. DSMF mərkəzi aparatının inzibati yaxınlığında yerləşən yaşayış massivindəki sahədə fond əməkdaşları təmizlik işləri həyata keçirməklə yanaşı, bu ərazidə xaricdən gətirilmiş yeni ağaclar əkib. 

Bu ərazi ötən ildə də fondun əməkdaşları tərəfindən abadlaşdırılıb. Keçən il bu sahədə yeni yaşıllıq sahəsi salan fond əməkdaşları, həmçinin burada yeni ağaclar əkiblər.

Budəfəki iməcilik zamanı ərazidə abadlıq işləri daha da genişləndirilib və yeni ağacların əkilməsi ilə bərabər, mövcud ağacların qurumuş budaqları kəsilib, onların gövdələri isə əhənglə boyanıb. Eyni zamanda, sahənin ətrafındakı səkilər rənglənib.

Ulu öndər Heydər Əliyevin 86-cı ildönümü ərəfəsində keçirilən bu xeyirxah tədbirdə DSMF rəhbərliyi və mərkəzi aparatın bütün kollektivi iştirak edib.

Məhəllədə yaşayan sakinlər və həmin ərazidən keçən vətəndaşlar bu yaşıllaşdırma və abadlıq işlərinə görə fond kollektivinə öz razılıqlarını bildirib, paytaxtımızın yaşıllaşdırılmasına bunun gözəl bir töhfə olduğunu vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti