...

Şiə və sünni məzhəblərinin inanclarını təhqir etmək İranın "keçilməz xətti"dir – İranın ali dini rəhbəri

Siyasət Materials 19 May 2009 18:32 (UTC +04:00)

"Şiə və sünni məzhəbləri arasında ixtilaf yaratmaq istəyənlərin hiylələrindən agah olun. Şiə və sünni məzhəblərinin inaclarını təhqir etmək İranın "keçilməz xətti"dir, heç kimin istər şiələrdən, istərsə də sünnilərdən olsun, bilərəkdən və ya bilməyərəkdən bu "xətti" keçməyə haqqı çatmır", - deyə İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi çərşənbə axşamı İranın Kürdüstan əyalətinin Saqqız şəhərində çıxışı zamanı bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Ayətulla Xameneyi İranın daxilində milli və dini azlıqlar arasında, eləcə də İran və digər müsəlman ölkələri arasında ixtilafların yaradılmasının düşmənin məkirli planlarından olduğunu bəyan edib.

"Məkirli plan hegemon dövlətlərin təsiri altında olan bəzi müsəlman ölkələrinə təsir etsə də, İran xalqının uzaqgörənliyi nəticəsində İrana təsir etməyib", - deyə Xameneyi bildirb.

Xəbər lenti

Xəbər lenti